Tanınmış jurnalist Mətləb Salahov özünün Facebook səhifəsində tanınmış komediya aktyorları Ənvər Abbasov, İlkin Misgərli və Mənsur Şərif barədə tənqidi fikirlər səsləndirib.
Jurnalist Kənd havası serialı haqqında paylaşımında bildirib ki, Ənvər Abbasov və İlkin Misgərli istedadlı aktyorlardır. Lakin onun fikrincə, “Kənd havası” mənasız və uğursuz layihədir. O qeyd edib ki, serial başdan-ayağa stol-stul reklamı təsiri bağışlayır.
Mətləb Salahov Mənsur Şərifin canlandırdığı “Qoşu” obrazını da tənqid edərək, onu gülünc və məntiqsiz adlandırıb. Jurnalistin sözlərinə görə, bu cür layihələrlə böyük gəlir əldə etmək mümkün olsa da, bunun ciddi sənətlə əlaqəsi yoxdur.
“Bu sənət deyil, sadəcə xaltura işidir”, – deyə o paylaşımında vurğulayıb.
Qeyd edək ki, adıçəkilən serialın ssenari müəllifləri Ənvər Abbasov, Səmid Ağayev və Elvin Paşadır.

© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

