Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trumpdan sonra Çinə səfəri Pekinin xarici siyasətdəki prioritetlərini göstərir. Yenifikir.media bildirir ki, bu barədə El Mundo nəşri yazıb.
El Mundo qeyd edir ki, Trampın Çin lideri Xi Jinpinglə görüşü iki ölkə arasındakı iqtisadi əlaqələri sabitləşdirmək məqsədi daşıyır. Putinin səfəri isə Çinin Moskva ilə strateji tərəfdaşlığa önəm verdiyini göstərir.
Nəşr həmçinin qeyd edib ki, Çin Rusiyadan neft və qaz alışını artırır, eyni zamanda ticarət və texnoloji əməkdaşlığı genişləndirir. Məlumata görə, Putinin Si Cinpinin dəvəti ilə Çinə səfəri 19-20 may tarixlərinə planlaşdırılıb. Görüşdə əsas müzakirə mövzusu Rusiya-Çin münasibətləri olacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

