ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı gömrük təhdidi Berlin və Parisin vahid mövqe tutmasına səbəb olub. Almaniya Baş nazirinin müavini və maliyyə naziri Lars Klinqbail bildirib ki, “Almaniya və Fransa şantaja boyun əyməyəcək” və Avropa birlikdə qəti cavab üzərində çalışır.Trampın Qrenlandiya məsələsi ilə bağlı verdiyi təhdidlərdə 8 Avropa ölkəsinə əlavə gömrük vergisi tətbiq olunacağı açıqlanıb: 1 fevral 2026-dan yüzdə 10, 1 iyun 2026-dan isə yüzdə 25.Avropa Parlamentinin əsas siyasi qrupları ABŞ ilə ticarət sazişinin təsdiqlənməyəcəyini bildiriblər. AB Komissiyası isə 93 milyard avroya çatan sərt iqtisadi tədbirlərin hələ də gündəmdə olduğunu açıqlayıb/yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

