Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrailin Eilat şəhərində keçirilən “Sea the Future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində təşkil olunan Nazirlər Panelində iştirak edib.Panel müzakirələrində çıxış edən nazir bildirib ki, Azərbaycan balıqçılıq və akvakulturanın inkişafına dair uzunmüddətli strategiyasını Xəzər dənizi və daxili su hövzələrinin akvakultura ehtiyatlarını qorumaqla, onların davamlı inkişafını təmin etməklə ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməyə yönəldib.Məcnun Məmmədov vurğulayıb ki, ölkə əvvəlki illərdə akvakultura inkişafına əsasən ətraf mühitin mühafizəsi prizmasından yanaşsa da, hazırda bu yanaşma qorunmaqla yanaşı, iqtisadi potensialın artırılması da strategiyanın əsas hissəsinə çevrilib. Nazir bildirib ki, balıqçılıq siyasəti şəffaf və elmi əsaslara söykənən mexanizmlər üzərində qurulur ki, bu da ekosistemlərin qorunmasını təmin etməklə mövcud resurslardan səmərəli istifadəni mümkün edir.Məcnun Məmmədov həmçinin elmi innovasiyaların tətbiqi, qabaqcıl texnologiyaların istifadəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət çəkib. Panel iştirakçıları bildiriblər ki, akvakultura sahəsində nailiyyətlər əldə etmiş ölkələrlə birgə elmi tədqiqatlar, təlim proqramları və ticarət əlaqələrinin genişləndirilməsi böyük potensiala malikdir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir