ABŞ Prezidenti Donald Trampın nəvəsi Kai Tramp internet televiziyasına verdiyi müsahibədə yüksək səviyyədə mühafizə olunması barədə danışıb. O bildirib ki, mühafizə xidmətinin əməkdaşları onu daim izləyir və bu, gündəlik həyatında narahatlıq yaradır.Kai Tramp qeyd edib ki, müxtəlif görüşlərdə xidmət əməkdaşları mülki geyimdə arxa masalarda oturur və ona əvvəldən izah edirlər ki, “Orada deyilik.” Buna görə də o, elə davranmalı olur.O həmçinin hər hərəkətini əvvəlcədən planlamalı olduğunu deyib: “Evdən çıxmazdan əvvəl onlara xəbər verməliyəm. Bu, asan deyil.” Əvvəllər bu çətin olsa da, Kai sonradan buna öyrəşdiyini və əməkdaşların yalnız onu qoruduğunu anlayıb.Qeyd edək ki, Kai Tramp həm sosial şəbəkə fenomenidir, həm də öz şəxsi geyim brendinə sahibdir.
Fikrət

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir