Ali məktəblərə qəbul imtahanında topladıqları yüksək ballarla ölkə gündəminə düşən Mingəçevirli bacılar – Burlaxatun və Banuçiçək Məcidli ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşüblər.

Rektor Hafiz Paşayev 700 bal toplayan Burlaxatun Məcidlini və 625 ballıq nəticə göstərən bacısı Banuçiçəyi təbrik edərək, onların əzmkarlığını yüksək qiymətləndirib. O vurğulayıb ki, bacıların uğuru Azərbaycan gəncləri üçün ilhamverici nümunədir və onların gələcək təhsil həyatında da böyük nailiyyətlər qazanacaqlarına inanır.

Görüş səmimi söhbət şəraitində keçib, gənclərin gələcək planları və təhsil hədəfləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qəbul imtahanında 700 və 625 bal toplayan Məcidli bacılar Mingəçevirin son illərdə yetişdirdiyi ən uğurlu abituriyentlər sırasında yer alırlar. Onların əldə etdiyi nəticə şəhər sakinləri tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir