İnternetin yaradıcısından ŞOK AÇIQLAMA - " Məlumatlar satılır "

İnternetin qurucularından Tim Berners-Lee-nin etirafı dünya mətbuatında geniş maraq doğurub. Yenifikir.media-nın xarici mənbələrə istinadən verdiyi xəbərə görə, Berners-Lee bildirib ki, World Wide Web (WWW) gözlədiyi kimi azad və bərabər bir platforma kimi fəaliyyət göstərməyib, hazırda internet böyük texnologiya şirkətlərinin nəzarətindədir, istifadəçi məlumatları toplanıb satılır və sosial şəbəkələrdə alqoritmlər insanları yanlış məlumat və asılılıq yaratmaqla idarə edir.

Berners-Lee xatırladıb ki, məqsədi hər kəsin pulsuz və sərbəst şəkildə məlumat əldə edə biləcəyi bir sistem yaratmaq idi və bu günkü vəziyyətdən peşmandır. O, gələcəkdə internetin yenidən azad və faydalı bir məkana çevriləcəyinə ümid etdiyini də əlavə edib.


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)