
Tanınmış politoloq Əli Oruclu Yenifikir.media-ya açıqlamasında bildirib ki, 8 avqustda Ağ Evdə ABŞ Prezidenti D. Trampın vasitəçiliyi ilə Prezident İ. Əliyev və Baş nazir N. Paşinyan arasında Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sülh sazişinin paraflanması tarixi hadisəyə çevrilib. Bu, yeni mərhələnin qapılarını açaraq regionda destruktiv fəaliyyət göstərən qüvvələrin imkanlarını məhdudlaşdırıb. Rusiya və İran, həmçinin onların dəstəklədiyi daxildə yerləşdirilmiş hücrələrin və qalonların hərəkətə keçməsi müşahidə olunub və proses pozulmağa çalışılıb.
Politoloq vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması, inkişafın və əlaqələrin bərpası üçün praktik addımlar atılır. Türkiyə-Ermənistan və Azərbaycan nümayəndə heyətləri müxtəlif səviyyəli görüşlər keçirərək bəzi problemlərin həlli istiqamətində müzakirələr aparırlar.
Əli Oruclu qeyd edib ki, BMT-nin 80-ci sessiyasında Trampın dilindən bu mövzunun yenidən səsləndirilməsi Birləşmiş Ştatların regiona, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına böyük önəm verdiyini göstərir. Bu prosesi artıq heç kim və heç bir güc poza bilməz, çünki Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması Ağ Ev tərəfindən təmin olunur. Eyni zamanda Qərb müttəfiqləri də Bakı-İrəvan əlaqələrinin yaradılmasını dəstəkləyir.
Politoloq əlavə edib ki, Ermənistanda hələ də siyasi vəziyyət bulanıqdır və müəyyən əngəllər qalır, amma bunlar heç bir nəticə verməyəcək. Qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti R. T. Ərdoğan 8 avqust sammitinə görə Trampa təşəkkürünü bildirib.
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Əli Oruclu: Trampın Çıxışı Cənubi Qafqazda sülhü gücləndirir
Tramp BMT Baş Assambleyasında Ermənistan-Azərbaycan münaqişəsini bitirməsindən danışıb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Yaşlı qadın ilanlarla dolu quyuda iki gün sağ qaldı
"İran ABŞ-ın nüvə tələblərini rədd etdi"- İran rəsmisi
Ərdoğan BMT-də Azərbaycan-Ermənistan sülh prosesinə dəstək verdi - POLİTOLOQ ŞƏRHİ