Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ı Rusiya ilə münaqişənin sülh yolu ilə həllində daha fəal iştirak etməyə çağırıb və Ağ Evə göstərdiyi dəstəyə görə təşəkkür edib.Zelenski bildirib ki, Ukraynanın qışı keçirməsi üçün ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatının təxminən 5 faizinə ehtiyacı var. Onun sözlərinə görə, hazırda Kiyevin əlində ABŞ ehtiyatlarının cəmi 1 faizi var.
Ukrayna lideri raketlər qarşılığında müəyyən razılaşmalar əldə etməyə çalışdığını da deyib: «Mən nəyisə raketlərlə dəyişməyə çalışıram. Elə şeylər edirəm ki, bunları açıqlaya bilmirəm».
Zelenski həmçinin ABŞ-ın daha çox Patriot raketi tədarük etməsinin vacibliyini vurğulayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

