Çempionlar Liqasındakı “Qalatasaray” – “Liverpul” qarşılaşmasında ingilis klubunun ulduz futbolçusu Federiko Chieza zədəsinə görə İstanbul səfərinə aparılmayıb. Baş məşqçi Arne Slot, Chiezanın məşqi yarımçıq tərk etdiyini və riskə girmədiklərini açıqlayıb.
Xatırladaq ki, “Liverpul” son turda “Kristal Palas”a 1:2 hesabı ilə uduzub. Komandanın yeganə qolunu isə məhz Chieza vurmuşdu. Onun bu dəfə kadroda olmaması azarkeşlərin ciddi narazılığına səbəb olub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

