Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir. Bəzən insan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti də yəqin ki, hər kəsə məlumdur.

Təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq.

Sumqayıt şəhəri, Sahil küçəsində qeydə alınan bu videogörüntüdəki      yol-nəqliyyat hadisəsinə təbii ki, araşdırmalardan sonra hüquqi qiymət veriləcək.

Amma, əfsus ki, kobud qayda pozuntularının müşahidə edildiyi bu qəzada həlak olan sərnişini həyata qaytarmaq mümkün olmayacaq.

Dəyərli sürücülər! Unutmayın!

Tutduğunuz sükan həm də sizin və həyatını sizə etibar edənlərin talehini idarə edir. Özümüzün və başqalarının həyatına biganə qalmayaq!

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir