Yəmənin beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri sutka ərzində husilərin mövqelərinə 133 zərbə endirib.EFE-nin məlumatına görə, hücumlarda raketlər, artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunub.
Hücumlar husilərin Bab əl-Məndəb boğazı və Qırmızı dəniz sahilindəki Moha limanı yaxınlığında gəmiyə zərbə endirməsindən sonra baş verib.
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk Yəməndə döyüşlərin yenidən şiddətlənməsindən narahatlığını bildirib. Onun sözlərinə görə, bu ay husilərin hücumları nəticəsində hökumət qüvvələrinin nəzarətində olan ərazilərdə azı 17 mülki şəxs həlak olub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

