Serbiya Prezidenti Aleksandar Vuçiç Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra bildirib ki, Belqrad Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.Vuçiç deyib ki, Serbiya BMT Nizamnaməsinə və təşkilatın qətnamələrinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü prinsipini müdafiə edir.
O, həmçinin Ukraynanın Serbiyanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Zelenskiyə təşəkkür edib.
Görüşdə Ukrayna və Serbiyanın Avropaya inteqrasiya məsələsi də müzakirə olunub. Vuçiç bu istiqamətdə Ukraynaya Serbiyanın tam dəstəyini vəd edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

