“Vaşinqton razılaşması Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm siyasi və diplomatik uğurlardan biridir. Bu hadisənin “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş verməsi isə xüsusi simvolik məna daşıyır. ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sülh gündəliyinin formalaşmasına təkan verir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsinin də bu kontekstdə reallaşması regional əməkdaşlığın genişlənməsinə xidmət edir!”.

Bu fikirləri parlamentin sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.

S.Qafarova Prezident İlham Əliyevin Vaşinqtona səfərinin həm də Azərbaycan-Amerika münasibətlərində yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, bu səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunmasına və regional sülhün təmininə xidmət edir. O, həmçinin Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və sülh prosesinin həyata keçirilməsində Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin mühüm rol oynadığı vurğulayıb. Bildirilib ki, bu prosesdə müstəqil daxili və xarici siyasət kursunun davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib.

“Vaşinqton razılaşmaları regionda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əlamətdar mərhələdir və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməkdədir”, – deyə Sahibə Qafarova əlavə edib (AZƏRTAC).

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir