Kruiz gəmisində qeydə alınan hantavirus yayılması ilə bağlı narahatlıqlara Ümumdünya Səhiyyə Təşkilatı aydınlıq gətirib. Qurum bildirib ki, virusun mutasiyaya uğrayaraq daha təhlükəli hala gəlməsi barədə hər hansı sübut yoxdur.
ÜST nümayəndəsi Mariya Van Kerkhove açıqlayıb ki, mütəxəssislər yoluxmuş şəxslərdən götürülən nümunələri araşdırır və indiyədək virusun daha ağır təsir göstərdiyini sübut edən dəyişiklik aşkarlanmayıb.
Hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilir. Bundan sonra gəmidə olan sərnişinlər nəzarət altına alınıb və karantinə yerləşdirilib. ABŞ vətəndaşları xüsusi karantin mərkəzinə köçürülüb.
ÜST vurğulayıb ki, tətbiq olunan sərt tədbirlər ehtiyat məqsədi daşıyır. Qurum sərnişinlərə 42 gün ərzində karantin qaydalarına əməl etməyi tövsiyə edib.
Təşkilatın açıqlamasına görə, hazırda hantavirusun dünya əhalisi üçün geniş təhlükə yaratdığı hesab olunmur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

