“Univer” serialında Kuzyanı canlandırması ilə tanınan rusiyalı aktyor Vitali Qoq unskinin YouTube kanalı Ukrayna ərazisində bloklanıb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, YouTube Ukraynada Rusiya ordusunu dəstəkləyən və Kreml narrativlərini yayan 12 kanala girişi məhdudlaşdırıb. Onların arasında Qoq unskinin kanalı, “Blizkiye lyudi” fondu, jurnalist Dmitri Borisenko, hərbi müxbir Vladimir Romanov, yazıçı və təbliğatçı German Sadulayevin kanalları da var.
Bundan əvvəl “Univer” və “SaşaTanya” seriallarındakı rolları ilə tanınan aktyor Andrey Qay d ulyan yeni sevgilisi ilə Maldiv adalarına istirahətə gedib. Bildirilir ki, aktyor 32 yaşlı Valeriya Nikulenko ilə birlikdə tətil keçirir. Valeriyanın daha əvvəl evli olduğu, lakin övladının olmadığı qeyd olunur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

