Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması birbaşa olaraq Azərbaycan-Ermənistan nizamlanma prosesi ilə bağlıdır. Onun sözlərinə görə, hər iki proses paralel aparılır və birindəki irəliləyiş digərinə təsir edir.
Səfir xatırladıb ki, Türkiyə-Ermənistan sərhədi 1993-cü ildən – “Azərbaycan torpaqlarının işğalı səbəbilə” bağlıdır. “Əgər dayanıqlı sülh sazişi əldə olunarsa və Zəngəzur dəhlizi ilə bağlı şərtlər yerinə yetirilərsə, o zaman sərhəd uyğun vaxtda və Bakı ilə razılaşdırılaraq açıla bilər”, – deyə o vurğulayıb.
Akgünün sözlərinə görə, sülhdən hər kəs faydalanacaq, lakin ən çox qazanan Ermənistan xalqı olacaq: “Ermənistanın dənizə çıxışı yoxdur və həm şərqdən, həm də qərbdən bağlı sərhədlərdən əziyyət çəkir”.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

