ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə yaxın günlərdə görüşə ümid etdiyini, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə üçtərəfli sammitin mümkünlüyünü bildirib.
O qeyd edib ki, xüsusi nümayəndəsi Stiv Uitkoffun 6 avqustda Moskvada apardığı danışıqlar uğurlu olub və razılaşmalar gələn həftə əldə oluna bilər. Kreml də görüşü “konstruktiv” adlandırıb.
The New York Times yazır ki, Tramp bu planı bir neçə Avropa liderinə çatdırıb. Ağ Ev görüşün müzakirə edildiyini təsdiqləyib.Reuters-in məlumatına görə, görüşün tarixi və yeri dəqiqləşməsə də, neytral Avropa ölkələri nəzərdən keçirilir.
Əgər gələn həftəyə qədər atəşkəs razılığı əldə olunmasa, ABŞ yeni sanksiyalar tətbiq edəcək – o cümlədən Hindistana 25–50% tariflər planlaşdırılır.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

