ABŞ Prezidenti Donald Tramp CNBC News telekanalına verdiyi müsahibədə bildirib ki, dünya bazarında neftin qiymətinin bir barel üçün 10 dollar azalması Rusiya Federasiyasını Ukraynada hərbi əməliyyatları dayandırmağa məcbur edə bilər.
“Əgər neftin qiyməti bir barel üçün daha 10 dollar düşsə başqa yolu qalmayacaq. Onsuz da iqtisadiyyat ağır vəziyyətdədir”, – deyə Tramp vurğulayıb.
Amerika lideri həmçinin Hindistanın Rusiya nefti almasına görə bu ölkəyə qarşı yaxın 24 saat ərzində “çox ciddi” gömrük rüsumları tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Tramp Avropa İttifaqına da xəbərdarlıq edib: əgər blok ABŞ iqtisadiyyatına sərmayə yatırmaq öhdəliyini yerinə yetirməsə, 35 faizlik rüsumla qarşılaşacaq.
Son həftələrdə ABŞ prezidenti Hindistanı Rusiya nefti ilə bağlı sanksiyalarla təhdid edir. İyul ayının sonunda isə Hindistana qarşı 25 faizlik rüsum tətbiq olunacağını və Rusiyadan neft, eləcə də hərbi texnika aldığı üçün bu ölkənin “cəza” ilə üzləşəcəyini bəyan etmişdi.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

