Çelyabinsk “Traktor”u kanadalı hücumçu Boris Katçuku heyətinə qatıb. 28 yaşlı hokkeyçi ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.Rus kökləri olan Katçuk karyerasının böyük hissəsini AHL-də keçirib. O, NHL-də “Tampa Bay”, “Çikaqo” və “Ottava” formalarını geyinib.
Hücumçunun NHL-də 179 oyunda 36, AHL-də isə 292 matçda 170 xalı var. Qarşıdakı mövsüm onun Rusiyada ilk çıxışı olacaq.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


