Bəzi televiziya kanallarında hələ də əxlaqa, milli mentalitetimizə zidd verilişlər davam edir. Qalmaqallar, küçə söhbətləri jarqon ifadələrlə təbliğ edilir. Dilimizi də məhv edir bəzi verilişlər. Xüsusən guya camaatı güldürmək üçün çəkilən tamaşalarda xoşagəlməz təbliğat aparılır. Mədəniyyət və incəsənəti təmsil edən şəxslər əhalinin mədəni dəyərlərinə hörmət etməlidir. Əslində gülüş və teatr tamaşaları mədəniyyəti təbliğ etmək üçün vasitədir. Amma indi tərsinədir. Mədəniyyəti və incəsənəti tərbiyəsizliyi, ədəbsizliyi təbliğ etmək üçün alətə çeviriblər. Müasirləşmək əxlaqı, ədəbi, milli, mədəni dəyərləri atmaq demək deyil. Savadda, elmdə, təhsildə müasirləşmək başqadır. İnsanların çoxu artıq ailə üzvləri ilə birgə televiziyaya baxmağa həya edir. Sanki buna heç bir nəzarət yoxdur. Kim nəyi necə istəsə danışır. Gənclər, uşaqlar efirlərdən tərbiyə, mədəniyyət yox, tərbiyəsizlik, pis sözlər, jarqon küçə sözləri öyrənirlər. Televiziya həm də dinimizin qoruyucusu olmalıdır. Amma indi bu da tərsinədir. Ədəbi ildə danışan bir – iki adamdan başqa küçə sözləri ilə, ləhcədə, jarqon ifadələrlə danışıb dilimizi də korlayırlar. Hətta bu danışıq televiziya tamaşaları və teleseriallarda da sirayət edib. Daha ədəbi dildə yalnız xəbərlər proqramını izləmək mümkündür. Bu çox acınacaqlı durumdur. Aidiyyəti mütəxəssisləri, alimləri, savadlı, ziyalı adamları çox az dəvət edirlər. Bütün televiziyaları müğənnilər, artistlər, ictimaiyyətə heç bir faydası olmayan adamlar bəzəyir. Məncə nəzarət güclənməli, əsasən dilimizin televiziyalarda qorunması üçün tapşırıqlar verilməlidir. Televiziya tamaşaları və teleseriallarda da əxlaqa, mənəvi dəyərlərə zidd təbliğat yığışmalıdır.

Sədaqət Əliyeva
Sosioloq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir