Kubada Melisa qasırğası ölkəyə ciddi ziyan vurub. Ölkədə fövqəladə vəziyyət elan olunub, 735 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Kuba televiziyası əhaliyə müraciət edərək, evdən yalnız zərurət yarananda çıxmalarını və təxliyə göstərişlərinə əməl etmələrini xahiş edib.
Qasırğanın küləyi saatda 180 km sürətindədir və xüsusilə sahil bölgələrində risk yüksəkdir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

