İran parlamenti sədrinin müşaviri Məcid Şəkəri bildirib ki, Tehran ABŞ prezidenti Donald Trampın administrasiyası ilə razılığa gələ bilməyəcək.Onun sözlərinə görə, İran Trampın prezidentlik müddəti başa çatanadək, yəni 2029-cu ilin yanvarına qədər Vaşinqtonla dialoqu davam etdirəcək. Şəkəri bunu “strateji səbir” siyasəti adlandırıb.O bildirib ki, Tehranın məqsədi “nə müharibənin, nə də sülhün olduğu prosesi” idarə etmək və son nəticədə qələbə qazanmaqdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə ABŞ-ın hərbi-dəniz blokadası davam etdiyi müddətdə Tehran tərəfindən Hörmüz boğazının açılmayacağını açıqlayıb. O, həmçinin ABŞ və İsrailin hücumları nəticəsində dəymiş zərərin ödənilməsini tələb edib.

Bununla belə, İran və ABŞ arasında vasitəçilər üzərindən əlaqələrin tam kəsilmədiyi bildirilir. İranın xarici işlər naziri Abbas Əraqçi də tərəflər arasında mesaj mübadiləsinin davam etdiyini və Vaşinqton müvəqqəti razılaşmanın şərtlərinə əməl etməyə başladığı halda danışıqların bərpa oluna biləcəyini deyib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir