ABŞ prezidenti Donald Trampın Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya olunmuş zonanı ziyarət edəcəyi və burada KXDR lideri Kim Çen Inla görüşə biləcəyi bildirilir. Nikkei Asia yazır ki, tərəflər 2019-cu ildə də həmin yerdə görüşmüşdülər.

Bundan əvvəl KXDR-in xarici işlər nazirinin müavini Kim Son Gen açıqlamışdı ki, Şimali Koreya heç vaxt nüvə silahından imtina etməyəcək. Onun sözlərinə görə, bu silah ölkənin suverenliyi və təhlükəsizliyinin təminatıdır, ondan imtina isə özünü məhv etmək deməkdir.

Cənubi Koreya prezidenti Li Çje Men isə bildirmişdi ki, Şimali Koreya ABŞ-a çata biləcək qitələrarası ballistik raketin hazırlanmasını demək olar ki, başa çatdırıb. Onun sözlərinə görə, yalnız bir texniki məsələ – döyüş başlığının atmosferə təhlükəsiz qayıdışı – hələlik həll olunmayıb. Prezident Koreya yarımadasının tam denuklearizasiyası üçün işləri davam etdirməyi təklif edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir