Serbiya Prezidenti Aleksandar Vuçiç sabiq ticarət naziri Tomislav Momiroviçin saxlanılması ilə bağlı 2 avqust tarixində Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu barədə “Veçernje novosti” qəzeti məlumat yayıb.İclas yerli vaxtla saat 12:00-a təyin olunub. Rəsmi səbəblər açıqlanmasa da, qəzet iddia edir ki, ölkədə dövlət çevrilişi cəhdinə dair proseslər gedir.
Məlumata görə, bu çevriliş cəhdində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun bəzi əməkdaşları və polis qüvvələrinin müəyyən bölmələri iştirak edir.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

