Krımın Canköy rayonunda 12 yaşlı məktəblinin qətlində şübhəli bilinən 64 yaşlı keçmiş deputat saxlanılıb.Polis itkin düşən qızın meyitini şübhəlinin evinin həyətində qazılmış çuxurda aşkarlayıb. Məlumata görə, qız avqustun 7-də velosiped sürmək üçün evdən çıxıb, axşam isə atası onun itkin düşməsi barədə polisə məlumat verib.
Polis şübhəlinin evinə gəldikdə o, müqavimət göstərərək özünə zərər verəcəyi ilə hədələyib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

