Keçdim dolanbacları, düzümə gəldim.
Sənə gəldim, Rəbbim—-özümə gəldim .
Axdı sccadəmə gözümün yaşı ,
Arındım, bəsirət gözümə gəldim.
Sənə gəldim, Rəbbim—-özümə gəldim .
Kiçildim, iynənin gözünden keçdim,
Dilimdə həbs olan sözümdən keçdim,
Esqində yox oldum,özümdən keçdim.
Andıma,əhdimə,sözümə gəldim,
Sənə gəldim, Rəbbim—- özumə gəldim.
Könül ayna tutdu həqiqətlərə,
Ruhum təkamüldə çıxdı səfərə .
Yandim alovunda,döndüm küllərə;
Yenidən oduma,közümə gəldim,
Sənə gəldim, Rəbbim—- özumə gəldim .
Səsin səssiz olan zikri,ya Kəbir!
Qanımda,nəbzimdə döyünür təkbir.
Adəmlə aləmin vəhdətində sirr…
Nurundan təccəlla izimə gəldim;
Sənə gəldim, Rəbbim,özumə gəldim .
Tənha Buludunam səmalarında,
Yağişın səsidir dualarim da.
Süzülüb mələyin qanadlarinda,
Çıxıb astarimdan üzümə gəldim,
Sənə gəldim, Rəbbim — özümə gəldim.
Tamara Nadirova (Tənha Bulud)
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

