ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiyada 4 ildən çox həbsdə olan ABŞ vətəndaşı Robert Gilman azad edilərək ölkəsinə qayıdır.Rubio Gilmanın azad edilməsində Rusiya tərəfinin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun əməkdaşlığını yüksək qiymətləndirib. O, həmçinin Gilmanın ABŞ-da zəruri müalicə almasına icazə verildiyini qeyd edib.
Rubio bildirib ki, Vaşinqton xaricdə, o cümlədən Rusiyada saxlanılan digər amerikalıların azad edilməsi üçün səylərini davam etdirəcək.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

