Dünya futbolunun ən yaxşı sol cinah müdafiəçilərindən biri, “Fənərbağça”nın sabiq braziliyalı ulduz Roberto Karlos haqqında yayılan iddialara aydınlıq gətirib.Yenifikir.media xarici mətbuata istinadən bildirir ki, Roberto Karlos mərakeşli Souhaila Al-Tahiri ilə evləndikdən sonra İslam dinini qəbul etdiyi barədə xəbərlər yayılmışdı. Sabiq futbolçu uzun müddət bu iddialara münasibət bildirməsə də, artıq susqunluğunu pozub.Roberto Karlos İslamı qəbul etməsi ilə bağlı yayılan məlumatların doğru olmadığını bildirib.

Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə açıqlamasında sabiq futbolçu İslama böyük hörmət bəslədiyini vurğulayıb:

“İslama son dərəcə hörmət edirəm. Həyat yoldaşımın namaz qıldığını görmək çox gözəldir. Lakin İslamı qəbul etməyimlə bağlı yayılan söz-söhbətlər yanlışdır”.

Beləliklə, Roberto Karlos özü haqqında yayılan müsəlman olması ilə bağlı iddiaları təkzib edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir