Taylandın Pxuket adasında 18 yaşlı qazaxıstanlı turist moto-taksi sürücüsü tərəfindən soyulub.
Qazaxıstanlı turist Patonqdan otelinə getmək üçün moto-taksi sifariş edib. Otelə çatanda sürücüyə pul ödəmək istəyəndə, sürücü onun pulqabısını (içində 1100 bat, təxminən 2800 rubl) götürərək qaçıb.
Otel işçiləri dərhal polislərə xəbər verib. Araşdırma zamanı sifarişin “Bia” adlı şəxs tərəfindən qəbul edildiyi məlum olub, amma motosikleti kim sürüb hələ dəqiqləşdirilməyib.
Polis şübhəlini axtarır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

