ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada döyüşlərin dayandırılması üçün fəal və səmimi səylər göstərir. Bu barədə 14 avqustda Rusiya prezidenti Vladimir Putin açıqlama verib.

Putinin sözlərinə görə, Ağ Ev həm Moskva ilə Kiyev arasında, həm də bütövlükdə Avropa və dünyada uzunmüddətli sülhün təmin olunması üçün addımlar atır.

Rusiya və ABŞ prezidentlərinin görüşü 15 avqustda Alyaskanın Ankoric şəhərində yerləşən Elmen­dorf-Riçardson hərbi bazasında keçiriləcək. Görüş yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 22:30) başlayacaq. Əsas mövzu Ukrayna münaqişəsi olacaq, həmçinin qlobal sülh və təhlükəsizlik məsələləri müzakirə ediləcək. Danışıqlardan sonra Putin və Tramp birgə mətbuat konfransı keçirəcəklər.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir