Bu gün ölkənin brəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. “Azərişıq”danverilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da ölkənin bir sıra rayonlarında bəzi 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Yevlax Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 09:00-dan 12:00-dək Qoyunbinəsi kəndində, saat 10:00-dan 15:00-dək şəhər ərazisində yerləşən Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar, Bakı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş EŞ-nin xidməti ərazisində saat 10:00-dan 13:00-dək Bulaqotağı, Yuxarı Qəsil, Qarağan Şıxlar, Qarağan Sədi, Kükəl, Ərəb, Hüşün kəndlərinin bəzi yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 15:00-dək Göyçayda şəhər ərazisində yerləşən Məhəmməd Əmin Rəsulzadə, Məhəmnədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrini də əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir