İngiltərə Premyer Liqası klubu “Nyukasl Yunayted” Portuqaliyanın “Benfika” klubunda çıxış edən 24 yaşlı bosniyalı müdafiəçi Amar Dediçi transfer edib.Klubun açıqlamasına görə, Dediçlə 5 illik müqavilə imzalanıb.
Transferdən sonra açıqlama verən futbolçu yeni komandaya qoşulmağın onun üçün xüsusi hiss olduğunu bildirib:
“Nyukasl Yunayted-ə qoşulmaq mənim üçün xüsusi hissdir və böyük şərəfdir. Klub və möhtəşəm azarkeşlər qarşısında oynamağa başlamağı səbirsizliklə gözləyirəm.”
Dediçin transferdə əsas amillərindən biri isə baş məşqçi Matthias Yaissle ilə yenidən çalışmaq istəyidir. Bosniyalı futbolçu 2023-cü ildə “Red Bull Zalsburq”da Yaisslenin rəhbərliyi altında Avstriya çempionluğu qazanıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

