İsrailin baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs planını açıq şəkildə rədd edib.Netanyahu bildirib ki, İsrail 15 bənddən ibarət sənədi qəbul etmir. Onun sözlərinə görə, HƏMAS tam şəkildə, ağır və yüngül silahlar da daxil olmaqla, tərksilah edilməyənədək İsrail ordusu Qəzzadan qoşunlarını çıxarmayacaq.
“Clash Report” yazır ki, Netanyahunun bu mövqeyi İsraildə yaxınlaşan seçkilər ərəfəsində siyasi hesablamalarla bağlıdır. Baş nazirin sərt mövqeyi onun sağçı koalisiya tərəfdaşlarının dəstəyini qorumağa hesablanıb.
Məlumata görə, HƏMAS isə Trampın planına sadiq qaldığını açıqlayaraq ABŞ-ın rəhbərlik etdiyi “Sülh Şurası”nı İsrailə təzyiq göstərməyə çağırıb.
Tramp isə hələlik Netanyahuya qarşı açıq sərt reaksiya verməyib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

