Minskdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında danışıqlar aparılıb. Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tərəflər dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin prezidentlərinin birgə səyləri nəticəsində qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını vurğulayıblar.

Onlar iqtisadi-ticari və investisiya qarşılıqlı fəaliyyəti, sənaye kooperasiyası, o cümlədən kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan və Belarus dövlət başçılarının tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib, əldə olunmuş razılaşmalar çərçivəsində hazırlanmış bir sıra layihələrin həyata keçirilməsinin gedişi yüksək qiymətləndirilib

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir