ABŞ-da bir sıra ştatlar Facebook və Instagram-ın uşaqları sosial mediaya asılı vəziyyətə salacaq şəkildə hazırlandığını iddia edərək Meta-ya qarşı böyük məhkəmə işi açıb.Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi də daxil olmaqla ştatlar koalisiyası Meta-dan təxminən 193 milyard dollar təzminat tələb edir.
Texnologiya sektorunun ən böyük hüquqi mübarizələrindən biri hesab olunan prosesin təxminən 6 həftə davam edəcəyi gözlənilir.
Ştatlar Meta-nı uşaqların təhlükəsizliyi və onlayn məxfiliyi ilə bağlı federal və ştat qanunlarını pozmaqda ittiham edir.
Məhkəmə prosesi 18 avqustda başlayacaq. Meta isə platformalarının uşaqlara təsiri ilə bağlı ittihamlara qarşı öz müdafiəsini təqdim edəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

