Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı müharibənin yalnız Rusiyanın şərtləri əsasında başa çatacağını bildirib.Medvedev bu barədə “Vahid Rusiya” partiyasının yeni xalq proqramının hazırlanması üzrə ekspert şurasının iclasında danışıb.

“Bu və ya digər formada xüsusi hərbi əməliyyatın dayandırılması gec-tez, təbii ki, baş verəcək. Mən bunun bizim şərtlərimizlə olacağını düşünürəm”, – Medvedev deyib.

O, daha əvvəl Rusiyanın xüsusi hərbi əməliyyatın başa çatdırılması baxımından mühüm mərhələdə olduğunu bildirmişdi. Medvedev Rusiyanın qələbəyə ehtiyacı olduğunu, lakin bunun “nəyin bahasına olursa-olsun” əldə edilməməli olduğunu vurğulamışdı.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir