Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova arasında sentyabrın 23-də görüş keçirilib.

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, Ə.İsmayılov türk dövlətləri ilə Azərbaycan arasında mövcud media əlaqələrinin hazırkı vəziyyətinə toxunub. O, medianın qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini qeyd edərək Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını diqqətə çatdırıb.

A.Raimkulova Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, sözügedən irsin beynəlxalq müstəvidə tanıdılmasında medianın mühüm rol oynadığını qeyd edib.

Görüşdə tərəflər gələcəkdə qarşılıqlı fəaliyyət çərçivəsində müxtəlif proqramların reallaşması istiqamətində fikir mübadiləsi aparıblar.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir