Macarıstan parlamentində keçirilən səsvermə nəticəsində ölkənin keçmiş Ali Məhkəmə sədri Andraş Baka yeni prezident seçilib. Onun avqustun 19-da and içərək vəzifəsinin icrasına başlaması gözlənilir

199 deputatın olduğu parlamentdə hakim Tisza Partiyasının namizədi Baka 140 deputatın dəstəyini qazanıb. 6 deputat onun əleyhinə səs verib. Viktor Orbanın Fidesz Partiyası və Xristian Demokrat Xalq Partiyasının deputatları isə səsvermədə iştirak etməyib.

Səsvermədən sonra parlamentdə çıxış edən Baka Orban hökumətinin fəaliyyətini tənqid edib. O, ölkənin əsas problemlərindən birinin cəmiyyətdə və siyasətdə qütbləşmə olduğunu bildirib.

Baka siyasi dəyişikliklərin “qisas” yolu ilə həyata keçirilməməli olduğunu vurğulayıb və keçmişdə baş vermiş hüquqi və maliyyə pozuntularının araşdırılmasının vacibliyini qeyd edib.

Andraş Baka 1991–2008ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi çalışıb. 2009 cu ildə Macarıstan Ali Məhkəməsinin sədri təyin edilib, lakin 2011-ci ildə Orban hökuməti dövründə vəzifəsindən uzaqlaşdırılıb. AİHM 2014-cü ildə Baka ilə bağlı qərarında onun hüquqlarının Macarıstan hökuməti tərəfindən pozulduğunu müəyyən edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir