Aktrisa Güner Özkul, atası – Türk kino və teatrının böyük sənətkarı Münir Özkulun 100 illiyini xatirələri ilə qeyd edib. O, zarafatla deyib: “Atam çox qadınpərəst idi. Sevgililərindən ayrılmaq istəyəndə isə onlara “Qızım, səni sevmədi” deyə bəhanə gətirirdi.”
Münir Özkul 2018-ci ildə, 93 yaşında dünyasını dəyişib. Qısa müddət əvvəl atasının 40 illik həyat yoldaşı Umman xanımı da itirən Güner Özkul, atasının ölümünü uzun müddət qəbul edə bilmədiyini bildirib: “Atam bizə qoyub getdikləri ilə ölümsüz oldu. Böyük sənətçilər əsərləri ilə yadda qalırlar.”
Erol Albayrak və Uğurkan Erezin təqdim etdiyi “Şimdi Konuşmak Moda” verilişinin çəkilişləri zamanı duyğulanan Güner Özkul, bəzən göz yaşlarını saxlaya bilmədiyini də söyləyib. Onun sözlərinə görə, atasını yuxularında həmişə filmlərdəki rollarında görür. O, həmçinin qeyd edib ki, atasının 40 illik həyat yoldaşı Umman xanım çox prinsipial idi və sevdiyi Münir ustaya ömrü boyu böyük sevgi və fədakarlıqla baxıb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

