Almaniya Milli Komandası Dünya Kuboku seçmə mərhələsində Lüksemburq və Şimali İrlandiya ilə oynayacağı oyunlar üçün heyəti açıqlayıb. Qalatasarayda çıxış edən Leroy Sane yenə də heyətə daxil edilməyib.

Alman mətbuatında 29 yaşlı hücumçunun Qalatasaraydakı çıxışı tənqid olunub və bazar dəyəri 7 milyon avro düşərək 25 milyon avro olub. Sane bu sezon 8 oyunda 1 qol vurub və 3 assist edib.

Almaniya millisinin heyətində yer alan futbolçular:

Qapıçılar: Oliver Baumann, Finn Dahmen, Alexander Nübel

Müdafiəçilər: Robert Andrich, Waldemar Anton, Ridle Baku, Nathaniel Brown, Robin Koch, David Raum, Nico Schlotterbeck, Jonathan Tah

Yarımmüdafiəçilər: Karim Adeyemi, Nadiem Amiri, Serge Gnabry, Leon Goretzka, Joshua Kimmich, Jamie Leweling, Felix Nmecha, Aleksandar Pavlovic, Angelo Stiller, Florian Writz

Hücumçular: Maximilian Beier, Jonathan Burkardt, Nick Woltemade

Qeyd edək ki, Almaniya baş məşqçisi Julian Nagelsmann Eintracht Frankfurtun müdafiəçisi Nathaniel Brownu ilk dəfə heyətə çağırıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir