Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 9-da Düşənbədə görüşəcəklər. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.Onun sözlərinə görə, liderlər görüş haqqında oktyabrın 7-də telefonla danışarkən razılaşıblar. Peskov bildirib ki, Kremlin bu görüşdən gözləntiləri müsbətdir və prezidentlərin mövcud məsələləri müzakirə edəcəklərinə ümid edilir.
Putin artıq Tacikistandadır və “Rusiya–Mərkəzi Asiya” sammitində, eləcə də MDB ölkələri liderlərinin iclasında iştirak edəcək.Bundan əvvəl İlham Əliyev Putini ad günü münasibətilə təbrik edib. Peskov danışıqları “çox vacib” adlandırıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


[…] Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutacaq. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. […]