Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinə müavin təyin olunub.Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Zamir Paşayev həmin idarənin rəis müavini vəzifəsinə təyinat alıb.

Bunda başqa, Pərviz Əliyev də həmin idarənin böyük prokuroru təyin edilib.

P. Əliyev bundan əvvəl daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Bundan başqa, Vahid Müzəffər oğlu Məmmədov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir