İran parlamentinin rəsmisi Məhəmməd Saleh Cokar bildirib ki, İran-İsrail münaqişəsinin nizamlanma şərtlərini ABŞ deyil, İran müəyyən etməlidir. O, İranın müharibədə qalib tərəf olduğunu iddia edib.Cokarın sözlərinə görə, İranın hazırladığı 10 maddəlik plan ölkə üçün “qırmızı xətt” sayılır və ABŞ Tehranın şərtlərini qəbul etməlidir.
Məlumata görə, İran münaqişənin həlli üçün iki mərhələli plan təqdim edib. Planın ilk hissəsində hərbi əməliyyatların dayandırılması, ikinci hissəsində isə nüvə danışıqlarının aparılması nəzərdə tutulur.
ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, sülh üçün Hörmüz boğazının açılması vacibdir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

