İran və Oman arasında aparılan danışıqlar nəticəsində Hörmüz boğazından keçən gəmilərə nəzarətlə bağlı Tehran üçün mühüm güzəşt əldə edildiyi bildirilir.Reuters-in mənbələrinə görə, bundan sonra Fars körfəzinə daxil olan və oradan çıxan gəmilərin hərəkəti İranın müəyyən etdiyi marşrut üzrə həyata keçiriləcək. Lakin nəzarətin hansı formada tətbiq ediləcəyi hələ dəqiqləşdirilməyib.
İran gəmilərdən yükün dəyərinin 5–7 faizi həcmində rüsum tutulmasını təklif edir. Oman isə təxminən 3 faizlik ödəniş istəyir, ABŞ isə hər hansı rüsumun tətbiqinə qarşı çıxır.
Tehran həmçinin xəbərdarlıq edib ki, İrana qarşı yeni ABŞ hücumu baş verərsə, regiondakı mühüm enerji obyektlərinə cavab zərbələri endirilə bilər.
İran rəsmiləri isə Omanla Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılıq əldə edildiyini açıqlayıblar.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

