İngiltərənin cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 2-si ağır olmaqla 18 nəfər yaralanıb.Hadisə Londonun təxminən 72 kilometr cənubundakı Lyus şəhəri yaxınlığında baş verib. Qatarın 150 sərnişini təhlükəsiz şəkildə təxliyə edilib.
Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə bölgədə temperaturun 35 dərəcəyə çatdığı isti hava dalğası zamanı baş verib. Yüksək temperaturun relslərin genişlənməsinə və əyilməsinə səbəb ola biləcəyi bildirilir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

