Hindistan Baş naziri Narendra Modi
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası ölkələrinin (ASEAN) sammitinə onlayn qatılacaq. Buna görə də onunla ABŞ Prezidenti Donald Trampın görüşü baş tutmayacaq.
Hindistan və ABŞ Rusiya nefti və gömrük vergiləri ilə bağlı fikir ayrılığına görə ticarət sazişini hələ bağlamayıb. ABŞ bu səbəbdən Hindistan mallarına əlavə 25 faiz vergi qoyub.
Modi sammitə onlayn qatılma qərarını Divali bayramı ilə əlaqələndirib. 26–28 oktyabrda keçiriləcək tədbirdə Çin, Yaponiya və ABŞ da iştirak edəcək.
Qeyd edək ki,Tramp və Modi telefonla danışaraq ticarət məsələlərini müzakirə ediblər, amma hələ razılıq əldə etməyiblər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

