Amerikalı aktyor Ben Cons 84 yaşında dünyasını dəyişib. O, məşhur “Hazzardlıların hersoqları” serialında mexanik Kuter Devenportun obrazı ilə tanınırdı.Aktyorun həyat yoldaşı Alma Viator bildirib ki, Cons genişmiqyaslı infarkt nəticəsində vəfat edib.
30-dan çox ekran işində rol alan aktyor həmçinin “The World Turns”, “Moonrunners” və “Primary Colors” layihələrində çəkilib. Cons 1988–1994-cü illərdə Corciya ştatından ABŞ Nümayəndələr Palatasının üzvü də olub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

