Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Həyisəm bin Tərik ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.
Yenifikir.media- nın məlumatına görə Ərdoğan bildirib ki, Türkiyə və Oman xüsusilə Fələstin məsələsində və digər bir çox sahədə ortaq mövqedədir və Qəzzədə iki dövlətli həll üçün birlikdə çalışacaqlar.
Qeyd edək ki,görüş mətbuat üçün qapalı şəkildə keçirilib. Daha sonra Ərdoğan və Sultan Həyisəm bin Tərik heyətlərarası görüşə rəhbərlik edəcək və iki ölkə arasında razılaşmaların imza mərasiminə qatılacaqlar.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

