Xəbər verdiyimiz kimi Sudan Müstəqillik Şurasının sədri Abdelfettah el Burhani rəsmi səfər çərçivəsində Türkiyəyə gəlib və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələr və bölgədəki vəziyyət müzakirə olunub.
Prezident Ərdoğan Türkiyə ilə Sudan arasında ticarət, kənd təsərrüfatı, müdafiə və mədənçilik sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin Sudandakı münaqişələrin ciddi humanitar böhran yaratdığını, atəşkəsin təmin olunmasının və davamlı sülhün qurulmasının zəruri olduğunu bildirib. Prezident Ərdoğan Türkiyənin Sudanlılara humanitar yardımlarını davam etdirəcəyini də əlavə edib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın